Daha bir zəncirvari yol qəzası: YARALANAN VAR
Mingəçevirdə baş verən zəncirvari yol qəzasında 3 maşın biri-birinə çırpılıb.
Ajans.az xəbərər verir ki, bu hadisə Heydər Əliyev prospektində, 2 saylı orta məktəbin yaxınlığında baş verib.
Qəzada avtomobillər ciddi zərər görüb, müxtəlif bədən xəsarətləri alan Elgün Əfəndiyev xəstəxanaya yerləşdirilib.
Çoxsaylı xəsarətləri, o cümlədən kəllə beyin nayihəsində sınıq xəsarətləri olan yaralının durumu orta-ağır olaraq dəyərləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: