Reklam resmi
Reklam resmi

Polisdən əməliyyat: 96 nəfər saxlanıldı

Polisdən əməliyyat: 96 nəfər saxlanıldı
Cəmiyyət

İyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Ajans.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.

Mövzular:
polis DİN əməliyyat saxlanılma

Digər Xəbərlər