Reklam resmi
Reklam resmi

Netanyahu Afinaya GETDİ

Netanyahu Afinaya GETDİ
Dünya
867

İsrail hökumətinə məxsus göyərtəsində yüksək vəzifəli məmurların olduğu təyyarə Afinaya eniş edib.

Ajans.az xəbər verir ki, bu arədə Yunanıstanın "newsbreak.gr" xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, bu addım İranın mümkün qisas hücumundan qorunmaq məqsədilə atılıb.İsrailin rəsmi dövlət təyyarəsi İrandan mümkün cavab hücumu təhlükəsi səbəbindən Netanyahu da daxil olmaqla bəzi sərnişinləri ilə Afinaya uçduğu bildirilir.

Qeyd olunur ki, bu təyyarə İsrailin ən mühüm strateji aktivlərindən biri hesab olunur. Daha əvvəl təyyarənin Kiprə uçduğu bildirilmişdi, lakin Kipr rəsmiləri bu məlumatı təkzib ediblər.

Portal hesab edir ki, təyyarənin Afinaya göndərilməsi Yaxın Şərqdə artan gərginlik fonunda Yunanıstanın dolayısı ilə prosesə cəlb olunması kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, Təl-Əvivdəki Ben Qurion hava limanı hazırda bağlanıb və İsrailin hava hücumundan müdafiə sistemləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Mövzular:
İran İsrail qarşıdurma hücum hava zərbəsi qarşı cavab reaksiya qorunma

Digər Xəbərlər