Reklam resmi
Reklam resmi

İranda nüvə sızıntısı AŞKARLANDI

İranda nüvə sızıntısı AŞKARLANDI
Dünya
1093

İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi bildirib.

O qeyd edib ki, nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Agentlik rəhbəri bildirib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.

Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu bildirib.

Mövzular:
İran İsrail qarşıdurma nüvə çirklənmə obyekt

Digər Xəbərlər