Reklam resmi
Reklam resmi

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib
Cəmiyyət

NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturaydan Azərbaycan-NATO enerji təhlükəsizliyi dialoqu çərçivəsində Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov ilə görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, söhbət zamanı Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələr, həmçinin Aİ, yaşıl enerji keçidi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mövzular:
NATO Orxan Zeynalov

Digər Xəbərlər