Reklam resmi
Reklam resmi

Zakir Həsənov İrana başsağlığı verdi

Zakir Həsənov İrana başsağlığı verdi
Cəmiyyət

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

Ajans.az başsağlığı mesajını təqdim edir:

"İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq. 

Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!"

Mövzular:
Zakir Həsənov İran başsağlığı

Digər Xəbərlər