Reklam resmi
Reklam resmi

Netanyahudan MÜƏMMALI SƏFƏR: ŞİFRƏLİ MESAJ DA VERDİ

Netanyahudan MÜƏMMALI SƏFƏR: ŞİFRƏLİ MESAJ DA VERDİ
Dünya
611

İsrail iyunun 12-nə keçən gecə “Yüksələn Aslan” adlı genişmiqyaslı hava əməliyyatı ilə İrana hücum edib.

Ajans.az xəbər verir ki, hücumun əsas hədəfi İranın nüvə obyektləri olub. 

Əməliyyatdan bir gün əvvəl, İsrail Baş naziri Binyamin Netanyahu Qüdsdəki “Ağlama Divarı”nı ziyarət edərək, divara “Aslan kimi ayağa qalxan, şir kimi ucaldan bir xalq” sözlərini yazıb. Bu qeydin əməliyyatla əlaqəli olduğu və öncədən siqnal xarakteri daşıdığı düşünülür.

İsrail ordusu əməliyyatın birinci mərhələsinin başa çatdığını açıqlayıb və bildirib ki, hücumlar İranın nüvə infrastrukturuna və hərbi obyektlərinə yönəlib. Rəsmi məlumata görə, hücumlarda İranın yüksək rütbəli hərbi rəhbərləri, o cümlədən Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, SEPAH komandanı Hüseyn Səlami və 6 nüvə alimi həyatını itirib.

Bundan əlavə, Tehrandan Təbrizə, Natanz nüvə obyektindən Luristan və Kirmanşaha qədər müxtəlif bölgələrə zərbələr endirilib, mülki ərazilər də ziyan görüb. Mülki itkilər arasında qadınlar və uşaqlar da var.

İsrail hücumun səbəbi kimi İranın nüvə silahına yaxınlaşmasını göstərib və bildirib ki, “təhlükə təkcə İsrailə deyil, bütün dünyaya aiddir”. İsrail vətəndaşlarının müdafiəsi üçün “lazım olan hər yerdə müdaxilə ediləcək”.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İran İsrail Qüds Müəmmalı səfər

Digər Xəbərlər