Reklam resmi
Reklam resmi

Çinlilərin yeni sağlamlıq trendi: Boyunlarından asılıb yellənirlər

Çinlilərin yeni sağlamlıq trendi: Boyunlarından asılıb yellənirlər
Dünya

Son zamanlar Çində yayılan qeyri-adi sağlamlıq texnikası sosial şəbəkələrdə diqqət çəkib: İnsanlar baş və boyun nahiyəsindən özlərini geniş və yumşaq kəmərlərlə asaraq havada yellənirlər.

Ajans.az xəbər verir ki, onlar bu üsulun yuxunu yaxşılaşdırdığını, boyun və onurğa ağrılarını azaltdığını iddia edirlər.

Lakin həkimlər bu tendensiyanı narahatedici adlandırırlar. Onların fikrincə:

Həmin hərəkətlər onurğa beyninə və boyun fəqərələrinə ciddi zərər vura bilər;

Xüsusilə gizli ortopedik problemləri olan şəxslər üçün bu cür manipulyasiyalar risklidir;

Belə proseduralar qeyri-peşəkar şəkildə edildikdə, yüksək təhlükə daşıyır.

author picture
Aytac Əsəd
Mövzular:
Çinlilər sağlamlıq trend

Digər Xəbərlər