Nazirdən AÇIQLAMA: Avropanın yenidən silahlanması üçün vaxt azdır
“Avropanın 2030-cu ilə qədər yenidən silahlanması lazımdır, onun vaxtı daralır.”
Ajans.az xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib.
O həmçinin xatırladıb ki, Danimarka 2025-ci il iyulun 1-dən Aİ Şurasına sədrlik edəcək. Bu zaman yenidən silahlanma məsələsi ölkə üçün prioritet olacaq.
"Bunun üçün biz Avropada hərbi sənayeni bərpa etməliyik. Almaniya burada əsas rol oynayacaq ki, biz indikindən daha çox və daha sürətli istehsal edə bilək", - o bildirib.
Mövzular: