Reklam resmi
Reklam resmi

Məktəbdə təhlükəli vəziyyət: ŞAGİRDLƏR TƏXLİYƏ EDİLDİ

Məktəbdə təhlükəli vəziyyət: ŞAGİRDLƏR TƏXLİYƏ EDİLDİ
Cəmiyyət
493

Xaçmazda orta məktəbin döşəməsi çöküb.

Ajans.az Modern.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qobuqıraq kənd orta məktəbində siniflərdən birində baş verib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

"Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.

Mövzular:
Orta məktəb Xaçmaz döşəmə şagird təxliyə

Digər Xəbərlər