Reklam resmi
Reklam resmi

70 minə yaxın tələbə kredit üçün müraciət edib

70 minə yaxın tələbə kredit üçün müraciət edib
Cəmiyyət

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu nun təhsil tələbə kreditləri (TTK) üzrə 10 iyun tarixinə olan göstəricilərinə əsasən, indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub.

Ajans.az xəbər verir ki bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Linkedin hesabında paylaşım edib.

Qeyd edilib ki, həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir.

"Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda, sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir", - nazir müavini vurğulayıb.

author picture
Zərif Sofiyeva
Mövzular:
Elm və Təhsil Nazirliyi Tələbə Kredit Fondu

Digər Xəbərlər