Reklam resmi
Reklam resmi

Xəzər dənizində meyit AŞKARLANDI

Xəzər dənizində meyit AŞKARLANDI
Cəmiyyət

Xəzər dənizində meyit aşkarlanıb.

Ajans.az xəbər verir ki, FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mövzular:
Xəzər dənizi Fövqəladə Hallar Nazirliyi Gəmilərə Nəzarət Sularda Xilasetmə

Digər Xəbərlər