Reklam resmi
Reklam resmi

İsrail bu müdafiə qurğusunu UKRAYNAYA VERDİ

İsrail bu müdafiə qurğusunu UKRAYNAYA VERDİ
Dünya

Ukrayna münaqişəsi zamanı Qüds ABŞ-dən aldığı və 1990-cı illərdə istifadə edilən “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verib.

Ajans.az xəbər verir ki, bu barədə “Insider” nəşri İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin bəyanatına istinadən məlumat yayıb.

“Bir vaxtlar ABŞ-dən aldığımız "Patriot" sistemləri hazırda Ukraynadadır. Bunlar 1990-cı illərin əvvəllərində İsraillə xidmətdə olan sistemlərdir. Biz onların Ukraynaya verilməsinə razılaşdıq”, - diplomat bildirib.

Brodski “Patriotlar”ın Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb.

Eyni zamanda “The New York Times” mayın əvvəlində yazıb ki, Ukrayna “Patriot” sistemlərini, o cümlədən İsraildən ötürməklə əlavə hava hücumundan müdafiə sistemləri ala bilər. Nəşrin əlumatına görə, daha sonra bir sistem təmirdən sonra göndərilməyə hazırlanırdı.

Mövzular:
Ukrayna Rusiya münaqişə müzakirə vəziyyət ağır İsrail HHM qurğu

Digər Xəbərlər