Reklam resmi
Reklam resmi

Güllələnən namizədin son vəziyyəti açıqlandı

Güllələnən namizədin son vəziyyəti açıqlandı
Dünya

Boqota meri Karlos Fernando Qalan sui-qəsd cəhdinə məruz qalan kolumbiyalı senator Migel Uribenin əməliyyat olunduğunu bildirib.

Ajans.az xəbər verir ki, Uribenin vəziyyəti ağırdır.

"O, ilk əməliyyatını keçirdi. Bunlar həlledici anlar və saatlardır", - Boqota meri jurnalistlərə bildirib.

Xatırladaq ki, dünən Boqotada xalq qarşısında çıxışı zamanı senatora hücum edilib. Uribe Kolumbiyada 2026-cı ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətindədir. 

Mövzular:
Boqota mer Namizəd Güllələnmə Son vəziyyət

Digər Xəbərlər