Yaşayış evində YANĞIN OLDU
Hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonununda baş verib.
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mövzular: