Reklam resmi
Reklam resmi

Bu ərazidə qazın verilişində FASİLƏLƏR OLACAQ

Bu ərazidə qazın verilişində FASİLƏLƏR  OLACAQ
Cəmiyyət

İyunun 10-da Masallı rayonunun bir neçə kəndində təbii qazın verilişində fasilələr olacaq.

Ajans.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində yerləşən “Tüklə” qaz paylayıcı stansiyasından qidalanan Mahmudavar, Şatıroba, Mişkəmi, Miyənkü, Hişkədərə və Mololan kəndlərini qazla təchiz edən orta təzyiqli qaz xəttinin kipliyə sınaqdan keçirilməsi məqsədilə, saat 10:00-dan işlər başa çatana qədər bu 6 yaşayış məntəqəsində, ümumilikdə 2 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Mövzular:
Azəriqaz Masallı Fasilələr

Digər Xəbərlər