Sürücülərin NƏZƏRİNƏ: Bakı-Şamaxı yolu BAĞLANDI
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi sel səbəbindən bağlanıb.
Ajans.az Baku TV-yəistinadla xəbər verir ki, gün ərzində yağan aramsız güclü yağışlar nəticəsində nəqliyyatın hərəkəti çətinləşib. Yolda iri gölməçələr yaranıb.
Sürücülər bildiriblər ki, bu hal tez-tez təkrarlanır. Bəzi avtomobilləri isə evakuatorla aparıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Ajans.az Baku TV-nin süjetini sizlərə təqdim edir:
Mövzular: