Ajans.az xəbər verir ki, bu barədə Tex kənd icmasının rəhbəri David Qulunts məlumat verib.

Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır.

Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) də təsdiqləyib və daha sonra ətraflı məlumat yayacağını vəd edib.

Qeyd edək ki, Ermənistan MTX Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşdüyü barədə məlumat yaymışdı. Məlumata görə, iyunun 6-da saat 01:20 radələrində Teq icmasının sakinləri Karen Armen Cahangiryan (27.06.2007-ci il təvəllüdlü) və Andrey Armen Qyaqunts (13.01.2008-ci il təvəllüdlü) Azərbaycanla sərhəd ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər.