Reklam resmi
Reklam resmi

Gürcüstandan Ermənistana bu məhsulun idxalı ilə bağlı qadağa

Gürcüstandan Ermənistana bu məhsulun idxalı ilə bağlı qadağa
Dünya

Gürcüstan zərərli həşəratlarla yoluxma səbəbindən Ermənistandan iri həcmdə çiçək dəstəsi idxalına qadağa qoyub.

Ajans.az Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata görə, “Sadahlo" nəzarət-buraxılış məntəqəsində 10 min çiçəkdən ibarət yük saxlanılıb.

Fitosanitar yoxlaması zamanı müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkar edilib, bu səbəbdən yükün idxalına icazə verilməyib. Yük Ermənistana qaytarılıb.

Mövzular:
Gürcüstan Ermənistan məhsul idxal qadağa

Digər Xəbərlər