Reklam resmi
Reklam resmi

Qurban bıçağının üzərinə düşən uşaq ağır yaralanıb

Qurban bıçağının üzərinə düşən uşaq ağır yaralanıb
Cəmiyyət

Bursanın İnegöl rayonunda heyvanların qurbanlıq edildiyi bağçada oynayan Həsən Çınar U. (7) müvazinətini itirərək bıçağın üzərinə yıxılaraq ağır yaralanıb.

Ajans.az "Haber Global"a istinadən xəbər verir ki, adisə  İnegöl rayonu Maden məhəlləsindəki bir evin bağçasında baş verib.

İddiaya görə qurbanlıq heyvanın kəsildiyi bağçada oynayan Həsən Çınar qaçarkən müvazinətini itirərək heyvan kəsimində istifadə edilən bıçağın üzərinə yıxılıb. Bıçağın kürəyinə batması nəticəsində ağır yaralanan Həsən Çınar  ailəsi tərəfindən şəxsi avtomobillə İnegöl Dövlət Xəstəxanasına aparılıb. Orada müalicə alan Həsən Çınar U.-nun ağciyərində zədələnmə olduğu müəyyən edilib. Həsən Çınar U. təcili yardımla Bursa Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicə altına alındı.

Hadisə ilə bağlı araşdırma başlayıb.

author picture
Tərlan Əmrahova
Mövzular:
Bursa İnegöl Bayram Qəza

Digər Xəbərlər