Dəhşətli qəzada ölənlərdən biri PTX-nin əməkdaşı imiş
Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində "BMW" markalı avtomobil ağır qəza törədib. Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin — 1997-ci il təvəllüdlü Nəsirov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.
Ajans.az Unikal-a istinadən xəbər verir ki. mərhum sürücü Ramal Vəliyev Prezidentin Təhlükəsizlik Xidmətində (PTX) baş çavuş rütbəsində xidmət edirdi.
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.
Xatırladaq ki, kənd ərazisində BMW markalı avtomobil ağır qəza törədib. Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin — 1997-ci il təvəllüdlü Nəsirov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.


Mövzular: