30 milyon baxışı var amma deyir telefonuma kontur vur
"İnsanlar tanıyıram ki, 30 milyon baxışı var, amma deyir ki, nolar telefonuma kontur vur. Amma elə insanlar var ki, baxışı yoxdur, ancaq elə yerlərdədir ki, pulunu da qazanır, işinidə qurub, hörməti də var, sözü də keçir".
Ajans.az xəbər verir ki, müğənni Xatun ATV-nin "Gün ortası" verilişində yutub haqqındakı şikayətlərini dilə gətirib. Müğənni bildirib ki, əsas odur ki, elə müğənnilər var ki, nə qədər baxışı var, amma oxumağa yer tapmır.
"Çünkü mən öz tamaşaçıma mahnımı harda olsa oxuyacam. Əsas odur ki, mənim oxumağa yerim var. Bəzi müğənnilər var ki, baxışı var amma oxumağa yer tapmır. Yeri yoxdur ki, getsin oxusun".
Bu gönderiyi Instagram'da gör
Mövzular: