Reklam resmi
Reklam resmi

Naxçıvanda qaya uçqunu

Naxçıvanda qaya uçqunu
Hadisə

Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu baş verib. İri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.

Ajans.az xəbər verir ki, hadisə baş verən kimi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. İri ölçülü qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb.

Hazırda yolda təhlükəsizlik təmin edilib.

Mövzular:
qaya uçqunu Naxçıvan

Digər Xəbərlər