Reklam resmi
Reklam resmi

Sakit okeanda gəmi YANDI

Sakit okeanda gəmi YANDI
Hadisə

Sakit okeanda 3000 avtomobil daşıyan "Morning Midas" adlı avtonəqliyyat gəmisi yanıb, onların arasında təxminən 800 elektromobil olub.

Ajans.az xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ-ın Alyaskadakı Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvələr cəlb edilib.

“ABŞ Sahil Mühafizəsi 22 heyət üzvünü yaxınlıqdakı ticarət gəmisinə təxliyə edib”, – deyə agentlik qeyd edir.

Yanğının səbəbləri hələlik müəyyən edilməyib, lakin ekspertlər mümkün səbəblərdən biri kimi elektromobillərin batareyalarını istisna etmirlər.

Mövzular:
gəmi okean yanğın maşın elektromobil

Digər Xəbərlər