Reklam resmi
Reklam resmi

Neftin qitməti BAHALAŞACAQ

Neftin qitməti BAHALAŞACAQ
İqtisadiyyat

Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq.

Ajans.az xəbər verir ki, bu barədə dövlətə məxsus “Saudi Aramco” şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanı iyul ayında avropalı alıcılar üçün bütün növ neftin qiymətini bir barel üçün 1,8 dollar qaldıracaq.

Nəticədə Şimal-Qərbi Avropadan olan müştərilər üçün “Arab Light” markalı yanacaq “Brent” markalı neftdən bir barel üçün 3,25 dollar, Aralıq dənizi neftindən isə 3,05 dollar baha olacaq.

Eyni zamanda, Asiya ölkələrindən olan alıcılar üçün neftin “yüngül” çeşidləri gələn ay bir barel üçün 0,2 dollar ucuzlaşacaq. Beləliklə, “Arab Light” son dörd ildə minimum səviyyəyə yaxın olan Oman/Dubay neft səbətindən 1,2 dollar baha olacaq.

ABŞ üçün “yüngül” neftin qiyməti bir barel üçün 0,1 dollar azalacaq, digər növlər üçün isə dəyişməyəcək.

Mövzular:
neft yataq yeni Səudiyyə qitmət tarif artım Avropa

Digər Xəbərlər