Silahlı atışma, YARALILAR VAR
Marneulidə silahlı insident oldu, yaralılar var.
-
21:28
TBİLİSİ, 4 iyun. TELEQRAF
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində silahlı insident baş verib.
Ajans.az verir ki, bu barədə yerli “TV Pirveli” kanalı məlumat yayıb.
Məlumata əsasən, polis bölməsinin qarşısında qeydə alınmış insidentdən öncə mübahisə olub.
Nəticədə iki nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb. İnsidentlə bağlı saxlanılanların olduğu bildirilir.
Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.
Mövzular: