Reklam resmi
Reklam resmi

Məktəblərdə ARTAN CİNAYƏTLƏR: Ekspertdən HƏYƏCAN TƏBİLİ

Məktəblərdə ARTAN CİNAYƏTLƏR: Ekspertdən HƏYƏCAN TƏBİLİ
Cəmiyyət

Son bir neçə ayda məktəblilər arasında cinayətlərin sayı yüksək həddə çatıb. Şagirdlər arasında sonu xəsarət, ölümlə bitən davaların kökündə bir çox səbəblər dayanır.

Təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu Ajans.az-a bildirib ki, belə cinayətlərin başında özbaşınalıq dayanır. Lakin burada bir çox səbəblər özünü göstərir. 

O deyib ki, hər cinayəti məktəbin üzərinə yıxmaq lazım deyil. Burada cəmiyyətin təsiri, sosial təsir, məktəbdaxili mühit, dostlar, ailə faktorları özünü göstərir. Ailə faktorlarına valideyn nəzarətinin azalması və tamam itməsi aiddir. Bəzi valideynlər öz məsuliyyətlərini məktəblərin üzərinə atır. Hər şeyi məktəbin üzərinə atmaq uşağa nəzarəti zəiflədir. 

Digər məsələ ailədaxili zorakılıq məsələləridir. Sevgi görməyən uşaqlar çox vaxt intiqam almağa maraqlı olurlar. Ailə üzvləri arasında şiddət, döyülmə halları çox olanda uşağın psixologiyası da ətrafa şiddət saçacaq. Valideynin nüfuzu itərsə, qeyri-etik ifadələr işlədilərsə, evə gələnlərin düzgün olmayan həyat tərzi övladlar üçün pis örnəkdir. 

Ekspert vurğulayıb ki, müəllim şagirdə toxunsa cəmiyyət o an qınaq obyektinə çevirəcək. Müəllimin şagirdi döyməsi düzgün deyil. Lakin müəllimin şagird önündə bir ağırlığı olmalıdır. Məktəblərdə psixoloqların az və ya heç olmaması da səbəblərə aiddir. 

Məktəblərin öz daxilində də müəllim və şagirdlər arasında şiddət meylləri güclənib. Burada sosial şəbəkələrin də rolu çoxdur. Əxlaqdan zidd paylaşımların yayılması, özəl həyatların qabardılması uşaqların beynində xoş olmayan travmalar qoya bilər. 

Rizvan Fikrətoğlu deyib ki, son vaxtlar çəkilən film və seriallarda belə bəzən senzuradan uzaq səhnələr yer alır. Bu da “ düzgün” kimi cəmiyyətə çatdırılır. KİV-in bəzilərində etik olmayan məlumatların, görüntülərin paylaşılması azyaşlıların şüuruna tez təsir edir. Onlar belə məlumatları həqiqət kimi qəbul edirlər. 

Yetkinlik dövründə uşaqlara ailə faktoru və cinsi tərbiyə düzgün verilməlidir. Davaların bir qismi də bu istiqamətdə baş verir. Hazırda məktəblərdə qanun pozan şagirdlərə qarşı cəza tədbirləri çox zəifdir. Həmçinin, müəllimlərin də hüquqları qorunmur. Belə məsələlərin həlli üçün ailə institutları, psixoloji xidmətlər gücləndirilməli, gənclərə sağlam həyat tərzi aşılanmalıdır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Ailə Cinayət Məktəb

Digər Xəbərlər