Reklam resmi
Reklam resmi

Burqa: Dini geyim, yoxsa ərəblərin milli geyimi? - İlahiyyatçıdan açıqlama

Burqa: Dini geyim, yoxsa ərəblərin milli geyimi? - İlahiyyatçıdan açıqlama
Cəmiyyət

"Niqab və burqadan yalnız Allah Rəsulunun həyat yoldaşları istifadə edib" .

Bunu mövzu ilə bağlı Ajans.az-a danışan ilahiyyatçı, din xadimi Ağa Hacıbəyli bildirib. Ölkə ərazisində bəzi vətəndaşlar tamamilə qara rəngdə geyinən insanların sayının artdığını qeyd edib və bu barədə başlarına gələn hadisələri sosial şəbəkələrdə paylaşıblar. Bu vəziyyət bir sual ortaya çıxarır: İslam dini bu geyimi qadınlar üçün buyurubmu? Ümumiyyətlə, bu geyim forması dini geyimdir, yoxsa sadəcə ərəblərin milli geyim formasıdır?  İlahiyyatçı Ağa Hacıbəyli bütün suallara cavab verib.

O bildirib ki, İslam dinində hicabla bağlı hökmlər burqadan daha sabitdir: "İslam dinində hicabla bağlı hökm Qurani-Kərimdə sabitdir. Bu barədə Nur surəsində bəhs olunur. Peyğəmbərimizin dövründə niqab və burqadan yalnız Allah Rəsulunun həyat yoldaşlarının istifadə etdiyi qaynaqlarda qeyd olunur. Ancaq dinimizdə hicabın hökmü açıqdır və hicabla bağlı fətvalar mövcuddur. Bir-iki məzhəbdə, xüsusilə Hənbəli məzhəbində, burqadan istifadə olunur."

Ağa Hacıbəylinin sözlərinə görə, burqa daha çox milli geyim formasıdır:

"Qadınlar üzlərini niqabla tamamilə örtür, gözlər açıq qalır, əllər də örtülür. Bu, ənənəvi bir geyim tərzidir. Məsələn, Pakistanda, Əfqanıstanda, bəzi ərəb ölkələrində, xüsusilə Səudiyyə Ərəbistanında bundan istifadə olunur. Bu, milli geyimdir, dini geyim forması deyil".

İslamda dini geyim forması hicabla sabitdir, deyə o əlavə edib:

"İslamda dini geyim forması hicabla müəyyənləşib. Hicabda üzün açıq olması və bədənin görünməməsi prinsipi var. Burada normal paltardan söhbət gedir." "Sonda qeyd edək ki, burqa məsələsi İslamın dəstəklədiyi və bütün xanımların belə geyinməsini məcbur edən bir hökm deyil," - deyə Ağa Hacıbəyli fikirlərinə yekun vurub.

Həmçinin mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə müraciət etmişik. Ancaq onlar suallarımızı cavablandırmaqdan imtina etdilər.

author picture
Tərlan Əmrahova
Mövzular:
Niqab Burqa Dini geyim

Digər Xəbərlər