Kirayə ev axtaranların DİQQƏTİNƏ: Artıq bu ƏRAZİLƏRDƏ...
Bu gün təhsil, iş, yaşamaq və digər məqsədlər ilə bölgələrdən paytaxta üz tutan vətəndaşların sayı artmaqdadır. Həmin şəxslər də paytaxtda uzun müddət qaldıqları üçün kirayə evlərə müraciət edirlər.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Ajans.az-a söyləyib ki, paytaxtda ucuz və bahalı mənzil kirayələrinin olması onların yerləşdiyi ərazidən, mənzilin şəraitindən, infrastrukturundan asılıdır.
O bildirib ki, Suraxanı, Sabunçu, Xəzər rayonu ərazilərində( paytaxt kənar ərazilərdən) birotaqlı mənzillər üçün minimum qiymət 300 manatdan başlayır. Həzi Aslanov, Əhmədli, Yasamal kimi yerlərdə minimum 350 manatdan başlayır. Həmçinin, təmiri, kommunal şəraiti də bura daxildir.
Köhnə və yeni tikili binalarda da qiymət fərqi özünü göstərir. Bakının mərkəzində yerləşən dəbdəbəli mənzillər var ki, onların aylıq kirayələri 7-8 min manat arası təşkil edir. Bəzi hallarda 10 min manatdan da yuxarı kirayə qiymətlərinə rast gəlinə bilər. Lakin bu kütləvi deyil. Ən çox paytaxtın mərkəz küçələri, dənizkənarı ətrafı, Sahil metrosu, İçərişəhər metrolarına yaxın ərazilərdə olan yeni tikilələrin mənzil qiymətləri olduqca yüksəkdir.
Sonda Ramil Osmanlı deyib ki, kirayə mənzil bazarında qiymətlər hər il artan tendensiya ilə fəaliyyət göstərir. Yeni binaların tikilməsi qiymətlərə təsir göstərir.