Tanınmış aktrisa və müğənni VƏFAT ETDİ
Parlez-moi de lui və ya Telefon-moi mahnıları ilə tanınan fransız müğənni və aktrisa Nikol Kruazil vəfat edib.
Ajans.az xəbər verir ki, onun 88 yaşı olub.
Mənbənin məlumatına görə, müğənni və aktrisa uzun sürən xəstəlikdən sonra iyunun 4-nə keçən gecə Parisdə dünyasını dəyişib.
Nikol Kruazil karyerası ərzində rəqqasə olub, sonradan uğurlu müğənni olub. O, musiqili filmlərdə oynayıb. Onun ən məşhur vokal əsərlərindən biri 1966-cı ildə çəkilmiş "A Man and a Woman" filminin saundtrekidir. Ümumilikdə bir neçə albom yazıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: