Köhnə avtobuslar nə vaxt yenilənəcək? – RƏSMİ AÇIQLAMA
Vətəndaşlar 199 nömrəli avtobusdan şikayətçidirlər.
Ajans.az xəbər verir ki, bu xətt üzrə fəaliyyət göstərən avtobusların köhnə olduğunu, standartlara cavab vermədiyini bildiriblər. Vətəndaşlar isti havalarda köhnə avtobusların əlverişsiz olduğunu, oturacaqların və kondisionerlərin uzun yol üçün uyğun olmadığını qeyd ediblər. Avtobusların çoxunda oturacaqlar sındırılıb, sərnişinlər hara oturacaqlarını bilmirlər. Oturduqları yerlər gigiyenik norma və tələblərə cavab vermir.
Problemlə bağlı daşıyıcı şirkət öz mövqeyini açıqlayıb: "199 saylı marşrut xəttində 24 avtobus 6 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Bu xətt üzrə xidmət göstərən avtobusların yarıdan çoxu müasir Avro-5 standartlarına cavab verən, kondisionerli və komfortlu nəqliyyat vasitələridir. Artıq şirkətimiz istehsalçılarla yeni avtobusların alınması barədə müqavilə bağlayıb".
Daha ətraflı AZTV-nin süjetində: