Reklam resmi
Reklam resmi

Küləkli və yağıntılı hava şəraiti davam edir

Küləkli və yağıntılı hava şəraiti davam edir
Cəmiyyət

Qeyri-sabit hava şəraiti davam edir.

Ajans.az xəbər verir ki, Milli Hidrometerologiya Xidmətinin iyunun 3-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində hazırda küləkli və yağıntılı hava şəraiti müşahidə edilir.

    Rayonlarda hava şəraiti

    Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Ağdam, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Tərtər, Mingəçevir, Göygöl, Yevlax, Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, İmişli, Şamaxı, Ağsu, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı, Xınalıq, Qrız, Qusar, Quba, Xaltan, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

    Qar yağan ərazilər

    Şahdağa isə qar yağması müşahidə edilir.

    Dolu düşən ərazilər

    Saat 16:21-16:24 radələrində Xankəndi şəhərinə diametri 8-10 mm olan dolu düşüb.

    Küləyin sürəti

    Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Zərdabda 18, Sabirabadda 17, Naxçıvanda 16, Cocuqmərcanlı və Şamaxıda 15 m/s-yə çatır.

    Mövzular:
    hava yağış qar Bakı rayon külək

    Digər Xəbərlər