Rusiya Ordusu bu əraziyə girdi - Sumıda yaşayan azərbaycanlılar...
Sumı şəhərinin mərkəzində insanlar təhlükəsiz yerlərə toplaşırlar.
Ajans.az xəbər verir ki, bu gün səhər saatlarında, yerli vaxtla saat 9-da başlayan artilleriya hücumları ara verib. Artıq bir neçə saatdır ki, nisbətən sakitlik hökm sürür. Lakin gecədən səhərə qədər, səhər saatlarında kiçik fasilədən sonra, yerli vaxtla saat 9-dan 12-yə qədər Sumı şəhəri — əsasən də mərkəzi Şevçenko prospekti və bu prospektə paralel küçələr — dayanmadan, əsasən kasetli bombaların hücumuna məruz qalıb.
Bu hücumları həyata keçirən Rusiya ordusu, Sumı şəhərinə təxminən 30–35 km yaxınlaşaraq istənilən artilleriyadan istifadə etməyə imkan əldə edib. Ölənlərin sayı 5-ə, yaralananların sayı isə 25-ə çatıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Mövzular: