Reklam resmi
Reklam resmi

Çimərlikdə bunlara diqqət edin: Sonu faciə ola bilər

Çimərlikdə bunlara diqqət edin: Sonu faciə ola bilər
Cəmiyyət

Havanın isinməsi əhalinin çoxunu dənizkənarlarında istirahət etmələrinə şərait yaradır. Lakin bir çox vətəndaşlar dənizdə istirahət zamanı təhlükəsizlik qaydalarına tam bələd deyillər. Nəticədə ölüm, boğulma kimi hallar vətəndaşlara təhlükə yaradır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Ajans.az-a bildirib ki, çimərlik mövsümünün rəsmi açıq elan edilməsindən sonra istirahət məqsədilə müraciət edənlərin sayında artım müşahidə edilib. 

Ekspertin fikirlərinə əsasən, çimərliklərdə boğulma hallarının yüksək olması əsasən çimmək üçün nəzərdə tutulmayan və qadağa olunan ərazilərdə baş verir. Xüsusi lövhələrdə dövlət qurumları tərəfindən vacib hesab edilən çimərliklərin siyahısı yerləşdirilir. Lövhə və xəbərdarlıqlara baxmayaraq, həmin yerlərdə çimmə halları qeydə alınır. 

Qadağa olunmuş ərazilərdə çimən vətəndaşların həyatını xilas etmək çətin olur. Çünki həmin yerlərdə xilasetmə qrupları fəaliyyət göstərmir. Ona görə də, vətəndaşlar bilməlidir ki, təhlükə anlarında onlarən köməyinə heç kim çatmayacaq. 

Ekspert açıqlayıb ki, səhər 9-dan, axşam 8-ə qədər FHN-nin Xüsusi Xilsetmə Dəstəsi fəaliyyət göstərir. Qoyulan sərhəddi keçən şəxslərə dərhal xəbərdarlıq edilir. Hansısa boğulma hallarında dərhal müdaxilə edilir. 

Təkcə, çimərliklər deyil, su hövzələri və kanallarında da boğulma, ölmə halları qeydə alınır. Bu cür qeyri-çimərliklərdən istifadə edənlərin çoxu isə azyaşlılardır. Bu istiqamətdə valideynlərin üzərinə ciddi məsuliyyət düşür. Həmçinin, maarifləndirmə tədbirləri vacib sayılır. Qadağa edilmiş hərəkət və davranışlara yol vermək, suda kobud hərəkətlər etmək, sərxoş halda çimmək qəti qadağandır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Çimərlik Təhlükəsizlik Diqqət

Digər Xəbərlər