Bayramda istirahət etmək İSTƏYƏNLƏRƏ BƏD XƏBƏR
Qurban bayramı ərəfəsində istirahət məqsədi ilə paytaxt və bölgələrə üz tutan yerli və əcnəbi turistlərin sayı artıb. İstirahət mərkəzlərində turistlərə təklif edilən paketlər xidmətlərə görə fərqlənir. Lakin bəzi tur şirkətləri turist axınının yüksək olmasını nəzərə alaraq, qiymətlərdə artım edirlər. Qurban bayramı ərəfəsində istirahət məqsədi ilə paytaxt və bölgələrə üz tutan yerli və əcnəbi turistlərin sayı artıb. İstirahət mərkəzlərində turistlərə təklif edilən paketlər xidmətlərə görə fərqlənir. Lakin bəzi tur şirkətləri turist axınının yüksək olmasını nəzərə alaraq, qiymətlərdə artım edirlər.
İqtisadçı ekspert Günay Hüseynova Ajans.az-a açıqlayıb ki, hər bir ölkənin müəyyən turizm sistemi var. İstər yerli, istərsə də, xarici vətəndaşlar rezerv edə bilərlər. Aylar öncə edilən rezervlər isə olduqca sərfəlidir. Lakin yerli otel sistemində belə qaydalar yoxdur.
Ekspert bildirib ki, hər bir tur şirkətlərinin təklif etdiyi ümumi paketlər var. Ümumi olaraq, qiymətlərə qaldıqda paytaxtın istirahət mərkəzlərində qiymətlər qismən vətəndaşların büdcəsinə uyğundur. Tələbinə və satış sayına görə isə qiymətlər tənzimlənir. Regionlar üçün isə bunu demək çətindir.
“Hər kəsin istirahət hüququ var. Aylıq 400 manat əmək haqqı ilə çalışan vətəndaşın 1 günlük əmək haqqısı (400:30)= 13,33 AZN edir. 13 manata harda istirahət var? 1 gün üçün bir nəfərin istirahət xərci 80-100 manat civarındadır.Neçə günlük əmək haqqısını vətəndaş verməlidir ki,illik 1 dəfə də olsun istirahət etsin.”-deyə, o söyləyib.
Günay Hüseynova vurğulayıb ki, əsas problem xidmət səviyyəsindədir. Vətəndaş həmin məbləği ödəyəcəyinə normal xidmət görər və xaricdə istirahət edər.
“Yayda regionlarda meyvə-tərəvəz ucuz olur və müəssisələr də topdan aldığı üçün daha münasib olur, bununla belə obyektin icarəsi də paytaxta nisbətən uyğundur. Lakin qiymətlər olduqca şişirdilib. Yarım xiyar, yarım pomidor kiçik boşqabda 2-4 manat arasında təqdim olunur. Regionda kilosu 10 -15 qəpik olanı xiyara ,30-40 qəpik olan pomidora o qiyməti kim ödəyər? “
Sonda ekapert qeyd edib ki, turistlərin istirahəti üçün günlük evlər ,aframelər nisbətən münasibdir. Qiymətlər elə tənzimlənməlidir ki,tələb artıq olsun,sahibkar satış sayından qazana bilsin.2000 manat əmək haqqı alan şəxsin 1 günlük ə/h 66 manatdır.Nəzərə alaq ki,hamı o məbləği almır. 66 manat bir şəxsin günlük istirahəti üçün kifayət deyil. Yekunda bir günlük əmək haqqı bir günlük xərcləri keçməməlidir.