Əhalinin NƏZƏRİNƏ: ƏT BAHALAŞDI
Qurban bayramının yaxınlaşması alıcıların ətə olan tələbatını artırıb. Bu da xırda və iribuynuzlu heyvan ətlərində bayram ilə əlaqədar qiymət artımlarına şərait yaradır.
İqtisadçı ekspert Natiq Cəfərli Ajans.az-a bildirib ki, bayram ilə əlaqəli əhalidə ətə marağın yüksəlməsi nəticə olaraq qiymətlərə təsir edə bilər.

Onun sözlərinə görə, onsuzda ölkə ərazisində adi vaxtları da nəzərə aldıqda, ətin qiymətində bahalaşmalar müşahidə edilib. Qurban bayramında tələbin də yüksək olması qiymətlərə daha artıq təsir edəcək.
“Xırdabuynuzlu mal-qaranın son bir ildə 900 min başa qədər azaldığını nəzərə alsaq, qiymət artımının olması gözlənilən amildir. Bu da keçən ilə nisbətən 10% artım müşahidə ediləcək. Ümumilikdə, 2024-cü ilə nəzərən bu il ətin qiyməti üçün artım qaçılmazdır. ”-deyə, ekspert söyləyib.
Mövzular: