Reklam resmi
Reklam resmi

Polisdən ƏMƏLİYYAT: 26 NƏFƏR SAXLANILDI

Polisdən ƏMƏLİYYAT: 26 NƏFƏR SAXLANILDI
Cəmiyyət

İyunun 2-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ajans.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Polis Həbs Saxlanılma DİN Əməliyyat

Digər Xəbərlər