Reklam resmi
Reklam resmi

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü
Cəmiyyət

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.

Nazirlər Kabinetindən Ajans.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edilib.

Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, perspektivli neft-qaz layihələri nəzərdən keçirilib.

Mövzular:
Əli Əsədov Pakistan Neft naziri Əli Pervaiz Görüş

Digər Xəbərlər