Reklam resmi
Reklam resmi

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq
Cəmiyyət

5 iyun 2025-ci il Azərbaycanda qısaldılmış iş günü olacaq.

Ajans.az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.

Beləliklə, 6 və 7 iyun tarixləri Qurban bayramı olduğundan, 5 iyun bayramqabağı gün hesab edilir və bu səbəbdən həmin gün iş saatı bir saat az olacaq. Qeyd edək ki, iyunun 9-u da qeyri-iş günüdür.

Mövzular:
qısa iş günü 5 iyun Azərbaycan

Digər Xəbərlər