Reklam resmi
Reklam resmi

Həbsxanada dağıntılar altında qalan məhkum öldü - Adı açıqlandı

Həbsxanada dağıntılar altında qalan məhkum öldü - Adı açıqlandı
Hadisə

İyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub.

Ajans.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Hadisə nəticəsində bir məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun 02.06.2025-ci il tarixdə aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri ajans.az saytı yayıb.

Mövzular:
Həbsxana dam ölüm məhkum

Digər Xəbərlər