Reklam resmi
Reklam resmi

Ukraynada daha bir PARTLAYIŞ

Ukraynada daha bir PARTLAYIŞ
Dünya

Ukraynanın şimalındakı Sumı şəhərində partlayışlar baş verib.

Ajans.az xəbər verir ki, bu barədə “Obşçestvennoye” nəşri özünün “Telegram” kanalında məlumat yayıb.

Saat 10:18-də yayımlanan mesajda “Sumidə partlayış səsləri eşidildi” ifadələri işlədilib. Hadisənin təfərrüatları açıqlanmır.

Yerli hakimiyyət orqanları, o cümlədən Sumı Regional Hərbi Administrasiyasının (SRA) rəhbəri Oleq Qriqorov partlayışlarla bağlı açıqlama verməyib.

Bundan əvvəl məlum olub ki, Rusiya Silahlı Qüvvələri Sumı vilayətinin Yunakovka kəndinin şərq kənarında dayaq nöqtəsi yaradıb. Belə ki, Rusiya bölmələri Sumı yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə təchizatı dayandırıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Ukrayna Sumı Yanğın Partlayış

Digər Xəbərlər