Rusiya nümayəndə heyəti Türkiyəyə yola düşdü - SƏBƏB
Ukrayna ilə danışıqlarda iştirak etmək üçün Rusiya nümayəndə heyəti Türkiyəyə yola düşüb.
Ajans.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula gedib.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Çırağan sarayında Moskva və Kiyev nümayəndə heyətləri arasında Ukrayna nizamlanması ilə bağlı danışıqlar keçiriləcək.
Xatırladaq ki, Moskva-Kiyev danışıqlarının birinci raundu mayın 16-17-də İstanbulda keçirilib.
Mövzular: