Reklam resmi
Reklam resmi

Humanitar yardım məntəqəsində onlarla fələstinli  öldürüldü

Humanitar yardım məntəqəsində onlarla fələstinli  öldürüldü
Dünya

İsrail hərbçilərinin Qəzza zolağında humanitar yardımın paylanılması məntəqəsini atəşə tutması nəticəsində 31 fələstinli həlak olub, daha 170 nəfər yaralanıb.

Məlumata görə, iyunun 1-də səhər saatlarında İsrailin hərbi qüvvələri Rəfahın qərbindəki əl-Məvasi bölgəsində yemək üçün gedən yüzlərlə insana zirehli texnikadan birbaşa atəş açıb.

Öz növbəsində, Fələstinin WAFA agentliyi 30 insanın öldüyünü və 115-dən çox yaralının olduğunu bildirib.

Agentliyin məlumatına görə, İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağında davam etdirdiyi əməliyyatlar nəticəsində azı 54 381 nəfər ölüb, 124 381 nəfərdən çox insan yaralanıb.

Mövzular:
İsrail Fələstin Qəzza Fələstinlilər Həlak

Digər Xəbərlər