Reklam resmi
Reklam resmi

UEFA PSJ-ni cəzalandıracaq

UEFA PSJ-ni cəzalandıracaq
İdman

UEFA Çempionlar Liqasının finalında “İnter” üzərində 5:0 hesablı qələbə zamanı və oyundan sonra PSJ azarkeşlərinin davranışına görə Paris klubunu cəzalandıracaq. 

Ajans.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Fransa təmsilçisinin azarkeşləri həlledici oyunda fişənglər yandırıblar. Bu da ciddi dumanlı mühit yaradıb. UEFA-nın qaydalarına əsasən, fişənglərin istifadəsi qəti qadağandır. Bundan əlavə, oyundan sonra azarkeşlərin kütləvi şəkildə meydana daxil olması səbəbilə futbolçular meydanı vaxtından əvvəl tərk edib paltardəyişmə otağına yollanmalı olublar.

Həmçinin, oyundan əvvəl hər iki komandanın azarkeşləri arasında insidentlər yaşanıb. UEFA-nın İntizam Məcəlləsinə əsasən, klublar stadion ətrafında — oyun öncəsi və sonrası daxil olmaqla — azarkeşlərin davranışına görə məsuliyyət daşıyır. Əgər insidentlərin finalın keçirildiyi stadionun yaxınlığında baş verdiyi sübut olunarsa, “İnter” klubu da cəzalandırıla bilər.

Mövzular:
Uefa PSJ Cəza

Digər Xəbərlər