Reklam resmi
Reklam resmi

Məşhur müğənni DÜNYASINI DƏYİŞDİ

Məşhur müğənni DÜNYASINI DƏYİŞDİ
Şou Biznes

Uzun müddətdir xərçənglə mübarizə aparan 39 yaşlı müğənni Şimal dünyasını dəyişib. Kədərli xəbəri həyat yoldaşı Necati Arıcı açıqlayıb.

Ajans.az "AHABER"ə istinadən xəbər verir ki, 2021-ci ildə döş xərçəngi diaqnozu qoyulan və çətin müalicə prosesindən sonra sağlamlığına qovuşan Şimal keçən il rutin müayinələr zamanı beynində şiş olduğunu öyrənib. 8 saatlıq beyin əməliyyatından sonra sağalma prosesinə girən Şimal sosial media hesabından etdiyi paylaşımla səhhətinin yaxşı olduğunu açıqlayıb..

Lakin məşhur müğənnidən gələn son xəbər pərəstişkarlarını kədərləndirib. Uzun müddətdir səhhətində problem yaşayan Şimal 39 yaşında dünyasını dəyişib.Kədərli xəbəri həyat yoldaşı Necati Arıcı sosial media hesabından açıqlayıb.

Arıcı həyat yoldaşının ölümünü bu sözlərlə açıqladı:

"Həyat yoldaşım Şimal Gülən vəfat edib. Onun dəfni Kuşadası'nda olacaq. Dəfn yeri ilə bağlı məlumat veriləcək".

Mövzular:
Şimal Müğənni Mədəniyyə İtki

Digər Xəbərlər