Özcan Dənizin ailəsində MƏHKƏMƏ QALMAQALI
22 il bir yerdə işləyən iki qardaş, sənəd köçürmə böhranı səbəbiylə mübahisə edib.
Ajans.az xəbər verir ki, Özcan Dəniz ölümlə hədələməkdə və ağır təhqirdə ittiham etdiyi böyük qardaşı Ercan Dənizə qarşı məhkəməyə müraciət edib. Məhkəmə Ercan Dəniz barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.
Ailəsi ilə fikir ayrılığı səbəbindən uzun müddətdir gündəmdə olan məşhur sənətçi Özcan Dəniz 22 ildir meneceri olan böyük qardaşı Ercan Dənizlə ciddi ailə böhranı yaşayır. İkisi arasında uzun müddətdir davam edən gərginlik indi mülkiyyət sənədi işi və təhdid iddiaları ilə məhkəmə prosesinə gətirilib.
İddialara görə, Özcan Dəniz keçmişdə ona məxsus olan daşınmaz əmlakın sənədini böyük qardaşı Ercan Dənizin adına rəsmiləşdirib. Lakin bu mülkiyyət sənədlərini öz adına almaq istəyən müğənni rəsmi prosedurlar başa çatmadığından, mülkiyyət sənədlərinin ləğvi üçün məhkəməyə müraciət edib. Bu hərəkət qardaşlar arasında fikir ayrılığına səbəb olub.
Tərəflər arasında qarşılıqlı ittihamlar davam edərkən, Özcan Deniz bu yaxınlarda sosial şəbəkədə etdiyi paylaşımla hadisənin miqyasını açıqlayıb. Dəniz paylaşımında böyük qardaşı Ercan Dənizin onu ölümlə hədələdiyini, həyat yoldaşı Samar Denizi təhqir edib söydüyünü iddia edib.
“Sabah” qəzetində yer alan xəbərə görə, sənətçi ərizəsində Ercan Dənizin davranışının ciddi təhlükə yaratdığını bildirib və tədbir görülməsini istəyib.
Məhkəmə faylı qiymətləndirərək, Ercan Dənizə iki ay müddətinə Özcan Dəniz və həyat yoldaşı Samar Denizi təhqir etmək, söymək və fiziki təmasda olmaq qadağan edib. Qərar çərçivəsində Ercan Dənizin həm qardaşı, həm də baldızı ilə fiziki təmasda olması və onları narahat edəcək şəkildə yaxınlaşması qadağan edilib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.