Çexiya Ukraynaya süni intellektə malik yüzlərlə dron təqdim etdi
Çexiyanın LPP Holding şirkəti süni intellektlə təchiz edilmiş dronları hazırlayıb və istehsal edir.
Ajans.az xəbər verir ki, qurğular elektron müharibə sistemlərinə davamlıdır. Brnoda keçirilən IDET sərgisində şirkətin nümayəndəsi Radim Petraş bildirib ki, yüzlərlə belə dron artıq Ukraynaya göndərilib. Onun sözlərini Çexiya qəzeti sitat gətirib.
Qeyd olunur ki, 2024-cü ilin payızından LPP Holdinq süni intellekt əsasında fəaliyyət göstərən MTS seriyalı dronları Ukraynaya tədarük etməyə başlayıb. Bu dronların özəlliyi ondan ibarətdir ki, onlar radiosiqnallardan istifadə etmirlər. Operator tapşırığı sistemə yükləyir, bundan sonra dron ərazini xəritə ilə müqayisə edərək müstəqil naviqasiya edir. Bu, GPS-in sıxışdırıldığı şəraitdə belə missiyaları yerinə yetirməyə imkan verir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: