Fransa Almaniya kanslerini dəli adlandırdı
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Avropanın Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşması ilə bağlı dediyi sözlərdən sonra Almaniya kansleri Fridrix Merzi dəli adlandırıb.
Ajans.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu oğlan dəlidir! Almaniya köhnə iblisləri ilə birləşir. Təhlükəli ölkədir", - fransız siyasətçi qeyd edib.
Filippo vurğulayıb ki, Merz hər gün getdikcə daha dəli fikirlər ifadə edir. O, Fransanı nə Almaniya ilə tandemdə, nə də Avropa İttifaqının (Aİ) rəhbərliyi altında heç nə etməməyə çağırıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: