Bu ərazilərdə qaz OLMAYACAQ
Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 29.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, rayonun Kərimli kəndi ərazisində D=219 mm-lik yerüstü orta təzyiqli daşıyıcı qaz xətti üzərində ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Xaçmaz, Xaçmaz Qışlaq, Dəymədərə, Sincan, Tərkeş, Dəymədağlı, Böyük Söyüdlü və Qarabulaq kəndlərində ümumilikdə 2 244 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.
Mövzular: