Reklam resmi
Reklam resmi

Tokayevdən İlham Əliyevə təbrik DETALLAR

Tokayevdən İlham Əliyevə təbrik DETALLAR
Siyasət

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Ajans.az" xəbər verir ki, məktubda yazılıb:

"Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu bayram xalqınızın ümummilli birliyini və yaradıcı ruhunu təcəssüm etdirir, dövlətçiliyin gələcəkdə də möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

İnanıram ki, Azərbaycan Sizin rəhbərliyinizlə mütərəqqi dövlətin gücünün artırılmasına, həmçinin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strategiyanın uğurla həyata keçirilməsini davam etdirəcəkdir.

Sevindirici haldır ki, Qazaxıstan-Azərbaycan münasibətləri çoxəsrlik dostluq əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda dinamik inkişaf edir.

Əminəm ki, biz çoxtərəfli dövlətlərarası əməkdaşlığın yeni zirvələrə yüksəlməsini təmin edərək birgə səylərlə nailiyyətlərimizi artıracağıq.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Mövzular:
AZƏRBAYCAN QZAXISTAN İLHAM ƏLİYEV KASIM TOKAYEV TƏBRİK

Digər Xəbərlər